Xəbərlər

Latviya vətəndaşlarını Rusiya və Belarusa səfər etməməyə çağırıb

Latviyanın müdafiə naziri Andris Spruds Baltikyanı respublikanın sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “LSM” xəbər portalı Latviya müdafiə nazirinə istinadən məlumat yayıb.

“Ölkələr arasında münasibətlər tam kəsilməyib. Lakin biz riskləri başa düşməliyik, bu risklər barədə danışmalıyıq. İnsanları həm Rusiyaya, həm də Belarusa səfər etməməyə səsləyən çağırışlara qulaq asmaq lazımdır”, – nazir qeyd edib.