Xəbərlər

Lermontovun “İsmayıl bəy” poeması Məhəmməd Əmin Rəsulzadənin tərcüməsində ­– Müstəqillik Gününə özəl

Şairin Qafqaz mövzusuna aid olan “İsmayıl bəy” poeması rus çarizminin istilaçı siyasətinə qarşı olan mübarizəyə həsr olunmuşdur.

Dalaraq rəhbərim hekayəsinə,
Rəhi-kəcvacəmizdə avizan
Yədi-qüdrətlə saxlanan Ruslan
Daşının çəkdi ziri-sayəsinə.

Örtülü pək gözəl yaşıllıqla,
Şu daşın həp cidar, səfhələri:
Düşməsindən həras qılmayaraq
Təhti-zillində həp dəqiqələri.

Biz keçirdik siyanət etmək üçün
Namüsaid havavü saiqədən.
Pək dəyərli təhəssüsatımızı
Ki, bizim vardı işbu mənzərədən.

Bu təhəssüs – lətif bir güldür,
Sanki bərraq qış sitarəsidir.
Hifz edib saxlamaq onu əlzəm,
Çünki şerin o bir şərarəsidir.

İştə bu əsrdidə, sehrəngiz
Daşın altında ixtiyari-çeçen.
Oturub, fikrə daldı bir ləhzə
Ehtimal, fikri həp duayi-vətən!

Mən, yabancı, onun təfəkkürünü
Pozamazdım – ki, bu, xətərəngiz.
O sükut eyləyirdi, daşlarda
Bunların hankısı məhabətxiz?

Mənbə: “Dirilik” məcmuəsi, №4, 1914

Varamazdım o vaxt fərqinə mən,
Gəh mühəyyicü gəh də hüznalud
İşbu dastani-şərqi-fərrux bud
Pək gözəldi, şimal səmtinə mən

Onu nəql etmək istədim, iştə,
Nəzərə pək tuhaf da gəlsə – yenə
Eynini – mən nasıl ki, dinləmişəm
Söyləmək istərəm də dinləyənə.

İstəməm ki, o xəlqdən məchul
Qalaraq müxtəfi, mənimlə gedə,
Oxuram ta sonuncu beytinədək,
Dinləyən olmasa məni, yenə də.

Varsa bir kimsədə üluvvi-cənab,
Bəkləməz kimsədən o bir əklil.
Eşq, sevdavü şeir, həp bunlar
Şairin ömrünü edər təşkil.

Şərqi “məşuq”, Qərbi “beş dağ” olan
Qövmünün hövzeyi-miyahında.
Ərzi-əndam edirdi bir çox kuy
O gözəl ərsənin civarında.

Müftəxir kəndi hüsni-şöhrətinə
Əmnü rahətü üns ülfətinə.
Yolçular həp bulurdu hüsni-qəbul
Köylərin şükr edər bu şəfqətinə.

Çərkəs azad gəzərdi yurdunda,
Dövrbərdövr məsədət, o zaman
Şöhrəti vardı dağ gözəllərinin,
Gənclər həp əsiri-hüsnü an

Mənbə: “Dirilik” məcmuəsi, №5, 1914

Ardı var…