Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyen Ukraynaya dəstəyin vacibliyini vurğulayaraq, sülhə nail olmağın yalnız güc yolu ilə mümkün olduğunu və bu prosesin ABŞ-ın da maraqlarına xidmət edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Leyen Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Sammitində çıxışı zamanı deyib.
“Ukraynada sülhü güc yolu ilə əldə etmək Trampı da maraqlandırmalıdır. Əgər Tramp sülhə nail olmaq istəyirsə, bu, yalnız Avropa İttifaqı və ona üzv ölkələrin dəstəyi ilə mümkün olacaq. Çünki ilkin şərtlər yerinə yetirilməlidir”, – o qeyd edib.