Oktyabrın 11-də MİMTA Fondunun nəzdində fəaliyyət göstərən “MİMTA Yayımları”na məxsus “Litera” kitab evinin 1 illik yubileyi keçirilib.
“Füyuzat” xəbər verir ki, oxucular, kitab bloqerləri və yazıçıların iştirakı ilə keçirilən görüşdə mağazanın fəaliyyəti dövründə baş tutan tədbirlər, imza saatları haqqında məlumat verilib. Qonaqlara yubiley münasibətilə hədiyyələr təqdim olunub. Tanışlıq və səmimi ab-havada keçən tədbirin sonunda xatirə fotoları çəkdirilib.
Məlumat üçün bildirək ki, “Litera” Bakı şəhəri Zahid Xəlilov küçəsi 43. ünvanında yerləşir və hər gün 09:00-dan 23:00-dək oxucuların xidmətindədir.











