Xəbərlər

Livan: İsrailin hücumları nəticəsində 163 tibb işçisi ölüb

Livanın səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad İsrailin bombardmanları nəticəsində tibb sektoru işçiləri arasında ölənlərin sayının artdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, Abyad Beyrutda keçirdiyi mətbuat konfransında bildirib ki, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan indiyədək 163 tibb işçisi İsrailin hücumlarının qurbanı olub, 272 nəfər isə yaralanıb.

“Biz İsrail ordusunun dövlət xəstəxanalarına və özəl klinikalara 55 zərbə endirməsi faktını qeydə almışıq, həmin xəstəxanalardan 8-i tamamilə məhv edilib və fəaliyyətini dayandırıb, 36 xəstəxanaya maddi ziyan dəyib”, – Abyad qeyd edib.

Onun sözlərinə görə, İsrailin tibb müəssisələrinə hücumları qəsdən planlanıb: “Onların məqsədi Livan hakimiyyətinə problemlər yaratmaq, çaxnaşma və xaos yaratmaqdır”.