Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən Livanda 102 tibb işçisi həlak olub, 83 nəfər isə yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
2023-cü il oktyabrın 8-dən Livanda tibb müəssisələrindən ən azı 55-i, təcili yardım maşınlarından isə 27-i hücuma məruz qalıb.