Xəbərlər

Livanın cənubunda 90 mindən çox insan evlərini tərk edib

Sentyabrın 17-dən 24-ə qədər olan həftə ərzində 90 mindən çox insan Livanın cənubundakı evlərini tərk edərək ölkənin digər bölgələrinə sığınmaq məcburiyyətində qalıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat verib.

“İsrail və Hizbullah arasında silahlı münaqişənin əhəmiyyətli dərəcədə artmasının ardınca UNRWA Livana təcili yardım göstərməyə başladı.
BMT Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 17-24 sentyabr tarixləri arasında 90 530 nəfər məcburi köçkün vəziyyətinə düşüb”, – məlumatda bildirilib.