Xəbərlər

Liviya Milli Neft Korporasiyasının rəhbəri istefa edib

Liviya Milli Birlik Hökumətinin Baş naziri Abdel Hamid Dbeyba Milli Neft Korporasiyasının İdarə Heyətinin sədri Farhat Bendqaranın istefasını qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə korporasiyanın rəsmi “Facebook” səhifəsində bildirilib.

“Baş nazir korporasiyanın idarə heyətinin üzvü Məsud Süleyman Musaya Nazirlər Kabinetinin iclası keçirilənədək sədr vəzifəsini müvəqqəti icra etmək barədə göstəriş vermək qərarına gəlib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Bendqara vəzifələrini yerinə yetirməyə mane olan fövqəladə hallar səbəbindən istefa edib.