“Qərbin Rusiya və Belarusa qarşı qeyri-dost siyasəti dəyişmir, əksinə açıq-aşkar aqressiv siyasətə çevrilir. Bunun sübutu Polşa və Baltikyanı ölkələr tərəfindən Belarusla sərhədin minalanmasıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Razvedçik” jurnalına müsahibəsində deyib.
“Bu cür bəyanatlar Qərbin Belarus və Rusiyaya qarşı ümumi siyasətinin simasıdır. Ən acınacaqlısı isə odur ki, bu siyasət dəyişməyib. II Dünya müharibəsinin bitməsindən 80 il keçib və orada, Qərbdə hələ də ölkələrimizi və onların qardaş birliyini təhlükə hesab edirlər. Bu brend altında NATO tələsik Avropanı silahlandırır, Polşa və Baltikyanı ölkələr isə onları sevindirmək üçün “ağalıq tədbirləri” icad edirlər. Ottava Konvensiyası və Belarusla sərhədin minalanması, Qərbin bizə qarşı qeyri-dost siyasəti açıq-aşkar aqressiv siyasətə çevrilməkdən başqa bir şey deyil”, – Lukaşenko qeyd edib.



