Xəbərlər

Lukaşenko Si Cinpini Belarusa dəvət edib

Belarus prezidenti Aleksandr Lukaşenko Çin sədri Si Cinpini Belarusa səfərə dəvət edib.

“Füyuzat“ın məlumatına görə, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Lukaşenko Çin lideri ilə görüşdə onun Belarusa bəslədiyi dostluq münasibətini yüksək qiymətləndirib: “Bu münasibət məni öz evinizə (iqamətgahınıza – red.) dəvət etməyinizlə bəlli olur. Mən sizə çox minnətdaram və təbii ki, sizi öz evimdə gözləyəcəm”.

Eyni zamanda, Çin lideri də Belarus prezidentinin səfərini yüksək qiymətləndirdiyini bildirib.

“Avqustun sonunda biz Tyantszində ŞƏT sammitini keçirəcəyik, bundan sonra sentyabrın 3-də isə dünya antifaşist müharibəsində qələbəni təntənəli şəkildə qeyd edəcəyik, parad keçirəcəyik. Sizi yenidən ölkəmizə səfərə dəvət edirəm və sizi Çində görməkdən şad olaram”, – Si Cinpin belaruslu həmkarına cavabında deyib.