Xəbərlər

Lukaşenko Si Cinpinlə danışıqlar aparacaq

Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 4-də Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Belta” agentliyi prezidentə istinadən məlumat yayıb.

“Sabah biz Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə danışıqlar aparacağıq. Danışıqların əsas mövzularından biri Belarusda maşınqayırma sənayesi və sənayenin müəyyən sahələrinin texnoloji modernləşdirilməsi olacaq. Onu demək istərdim ki, iqtisadiyyatımızın bu gün həqiqətən ehtiyac duyduğu bu gözəl ideyanı mən irəli sürməmişəm, bunu Si Cinpin irəli sürüb. Çin dünyanın bildiyi kimi, maşınqayırmada elmi-texniki inqilab etməyi hədəfləyir”, – Lukaşenko qeyd edib.