Yanvarın 26-da keçirilən seçkilərdə qalib gələn Belarus prezidenti Aleksandr Lukaşenko martın 25-də səlahiyyətlərinin icrasına başlayacaq.
“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
“Belarusun yeni seçilmiş prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də baş tutacaq”, – məlumatda bildirilib.