“Ukraynada nizamlanma prosesi mərhələli şəkildə getməlidir və bu ölkəyə beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi məsələsinin həllində tələskənlik olmamalıdır” .
“Füyuzat”ın məlumatına görə, bunu Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşdən sonra mətbuat konfransında çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, gələcək beynəlxalq təhlükəsizlik baxımından ən vacib məsələlərdən biri Rusiya ilə ABŞ arasında normal münasibətlərin bərpa olunmasıdır.
“Ümid edirəm ki, Rusiya ilə Amerika arasında razılıq əldə olunacaq. Əgər bu baş versə və bu iki ölkə normal münasibətlər qura bilsə, bu, bütün dünyaya fayda verəcək. Ümid edək ki, belə bir razılaşmanın əldə olunmasına heç kim mane olmayacaq”, – nazir vurğulayıb.