“Macarıstan Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bazar ertəsi keçiriləcək iclasında Ukraynaya on milyardlarla avroluq yeni silah tədarükünün ayrılmasını dəstəkləməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılması məsələsində tələsik addımlarına da qarşı çıxacaq”, – o qeyd edib.