“Macarıstan nüvə enerjisi sahəsində, o cümlədən Amerikanın “Westinghouse” şirkətinin kiçik modul reaktorlarından (SMR) istifadə etməklə ABŞ-la əməkdaşlıq etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto martın 4-də Vaşinqtonda dövlət katibi Marko Rubio ilə görüşdən sonra bildirib.
“Marko Rubio ilə nüvə enerjisinin prioritet sahə olduğu Macarıstan-Amerika enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə etdik”, – Siyarto qeyd edib.
Qeyd edək ki, SMR-lərin yaradılması nüvə enerjisində perspektivli sahələrdən biri hesab olunur.