Macarıstan hakimiyyəti Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Aİ-nin Brüsseldə keçirilən sammitinin sonunda jurnalistlərə açıqlamasında bildirib.
“Hesab edirəm ki, biz Ukraynanın Aİ-yə üzvlüyü məsələsinə ciddi yanaşmalıyıq. İndi bu məsələ ilə bağlı məsuliyyətli qərar qəbul etmək mümkün deyil. Mən belə qənaətə gəldim ki, biz Ukraynanın Aİ-yə üzvlüyü məsələsi ilə bağlı səsverməyə başlayaq. Bilməliyik ki, insanlar Ukraynaya gələcək dəstək naminə öz maraqlarını nə dərəcədə qurban verməyə hazırdırlar”, – Orban vurğulayıb.