Xəbərlər

Makron 30 ölkəni Ukrayna üçün təhlükəsizlik zəmanəti planı hazırlamağa çağırıb

Fransa prezidenti Emmanuel Makron Parisdə toplaşan 30-a yaxın ölkənin baş qərargah rəislərini Ukrayna üçün “etibarlı təhlükəsizlik təminatlarını” müəyyən edən plan hazırlamağa çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Fransa prezidenti əlavə edib ki, “sülh danışıqlarının sürətləndirilməsi ilə əlaqədar Ukraynada möhkəm və davamlı sülhün mümkün olması üçün etibarlı təhlükəsizlik təminatlarını müəyyən etmək üçün konsepsiyadan plana keçmək lazımdır”.

Qeyd edək ki, Ukraynada gələcək sülhü təmin etməyə hazır olan ölkələrin baş qərargah rəislərinin görüşü Makronun təşəbbüsü ilə baş tutub.