“Avropa İttifaqı (Aİ) Kiyevə 138 milyard avro yardım göndərib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
“Avropa İttifaqı Ukraynaya yardım üçün indiyədək 138 milyard avro sərmayə qoyub”, – Makron deyib.
Fransa liderinin sözlərinə görə, Avropa heç bir şəkildə Ukraynaya dəstək məsələsində öz məsuliyyətini minimuma endirmir.
“Fransa və Avropa Trampın sülh arzusunu bölüşür. Biz sülh istəyirik. Bu sülh Ukraynanın təslim olması və zəmanət olmadan atəşkəsə razı olması demək deyil”, – Fransa prezidenti bildirib.