Xəbərlər

Makron Merzi təbrik edib

Fransa prezidenti Emmanuel Makron Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merzi Almaniyada keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti “X” səhifəsində qeyd edib.

“Mən indicə Fridrix Merzlə danışdım və onu Almaniya seçkilərindəki qələbəsi münasibətilə təbrik etdim. Mən Almaniya kansleri Olaf Şolts ilə seçkinin nəticələrini müzakirə etdim. Fransa və Almaniya güclü və suveren Avropa üçün birgə işləməyə sadiqdir. Hazırkı şəraitdə Avropa İttifaqı ölkələri Avropanın üzləşdiyi əsas problemlərin həlli üçün qüvvələrini birləşdirməlidir”, – o bildirib.