Fransa prezidenti Emmanuel Makron Suriya prezidenti Əhməd əş-Şəranı vəzifəyə başlaması münasibətilə təbrik edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Verilən məlumata görə, Makron Suriya prezidentini rəsmi səfər üçün Fransaya dəvət edib.
“Fransa Suriyaya qarşı sanksiyaları ləğv etmək və ölkənin iqtisadiyyatının bərpasına töhfə vermək üçün səy göstərir. Fransa Suriyanın suverenliyini, ərazi bütövlüyünü və yaxşıya doğru bütün siyasi prosesləri dəstəkləməkdə qərarlıdır”, – Fransanın dövlət başçısı qeyd edib.
Görüş zamanı iki tərəf Suriyada təhlükəsizlik məsələlərini müzakirə edib və bölgədə sabitliyin təmin edilməsi üçün birgə işin zəruriliyinə diqqət çəkib.