Xəbərlər

Makron: Tərəfdaşlarla nüvə təhlükəsinin qarşısının alınmasını müzakirə edəcəyik

“Fransa hakimiyyəti 2025-ci ilin ortalarına kimi digər dövlətlərin nümayəndələri ilə bu ölkələri qorumaq üçün Fransanın nüvə təhlükəsinin qarşısının alınması səylərinin genişləndirilməsi ilə bağlı danışıqlar aparmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) fövqəladə müdafiə sammitinin yekunu üzrə mətbuat konfransında deyib.

“Bir neçə həmkarım mənə müraciət etdi və indi biz texniki ekspertlərimizin fikir mübadiləsi aparacağı mərhələyə qədəm qoyuruq. Yarım ilin sonuna kimi yeni tərəfdaşlıqların yaradılıb-yaradılmamasının mümkünlüyünü başa düşmək üçün həm strateji, həm də texniki dialoqa, ardınca isə dövlət və hökumət başçıları səviyyəsində mübadilələrə başlayacağıq. Mən Almaniyanın gələcək kansleri Fridrix Merzlə artıq müvafiq müzakirələrə başlayacağam”, – Makron qeyd edib.