Xəbərlər

Makron: Trampın siyasəti Avropa üçün şok effekti yaradıb

“Donald Trampın ABŞ prezidentliyinə qayıtdıqdan sonra atdığı ilk addımlar bütün Avropanı şoka salıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron “Financial Times” qəzetinə müsahibəsində deyib.

“Trampın yaratdığı şok Avropa İttifaqının (Aİ) özünü zamanın tələblərinə uyğun olaraq yenidən qurmasına kömək edə bilər”, – Makron əlavə edib.