Xəbərlər

Makron Ukrayna ilə bağlı Ərdoğan, Şolts, Starmer və Orbanla müzakirə aparıb

Fransa prezidenti Emmanuel Makron Ukraynada yaşananları müzakirə etmək üçün bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Olaf Şolts, İngiltərə Baş naziri Keir Starmer və Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Makron “X” hesabında paylaşım edib.

“Bir müddət əvvəl mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Şolts, Starmer, Ərdoğan və Orbanla danışdım”, – Makron bildirib.

Təfərrüatlar açıqlanmayıb.