Xəbərlər

Makron: Ukrayna və Yaxın Şərq üçün səylərimizi ikiqat artıracağıq

Fransa prezidenti Emmanuel Makron ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoff ilə görüşdən sonra Ukrayna münaqişəsinin sülh yolu ilə həllini təmin etmək üçün səylərini gücləndirmək planlarının olduğunu açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Makron “X” səhifəsində yazıb.

“Ukrayna və Yaxın Şərqdə sülhə nail olmaq üçün səylərimizi ikiqat artıracağıq. Müttəfiqlərin birgə fəaliyyəti əsasdır”, – prezident əlavə edib.