Fransa prezidenti Emmanuel Makron Ukraynada 30 günlük atəşkəs təklifini alqışladığını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti “X” səhifəsində bildirib.
“Mən Ciddədə ABŞ-Ukrayna danışıqlarında əldə edilən irəliləyişi və xüsusən 30 günlük mümkün atəşkəs ideyasını alqışlayıram”, – o qeyd edib.