“Ukraynada döyüşlərin bir neçə həftə ərzində bitəcəyinə ümid edirəm”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron “Fox News” telekanalına müsahibəsində deyib.
“ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlişi dönüş nöqtəsi oldu. Hesab edirəm ki, atəşkəsə nail olmaq, sonra isə davamlı sülhü müzakirə etməyə başlamaq olar. Bizə Ukrayna, Avropa və onun təhlükəsizliyi, həmçinin ABŞ üçün substantiv nəsə lazımdır. Atəşkəsin əldə olunması əsasdır. Düşünürəm ki, buna yaxın həftələrdə nail olmaq olar”, – Makron yekunlaşdırıb.