Mali hökumət ordusunun bölmələri çərşənbə axşamı səhər bir neçə şəhər və qəsəbəyə hücum edən 80-dən çox terrorçunu məhv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Respublika Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
“Planlaşdırılmış təxribatlar zamanı silahlılar eyni vaxtda Niono, Molodo, Sandare, Nioro du Sahel, Diboli, Qoqi və Kayes məntəqələrində mülki şəxslərə və Müdafiə və Təhlükəsizlik Qüvvələrinin mövqelərinə hücum ediblər. Hərbçilər öz qətiyyətləri sayəsində qorxu, çaxnaşma və çaşqınlıq yaymaq istəyən terrorçuların planlarını alt-üst etməyi bacarıblar”, – məlumatda qeyd olunub.