Xəbərlər

Mao Ninq: Çin Serbiyanı dəstəkləyir

“Çin hakimiyyəti Serbiya prezidenti Aleksandr Vuçiçi dəstəkləyir və onun milli sosial-iqtisadi inkişafın təmin edilməsi ilə bağlı atdığı addımları uğurlu hesab edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Ninq Avropa ölkəsində baş verən etirazları şərh edərkən deyib.

“Son illərdə Vuçiçin rəhbərliyi altında Serbiya sosial-iqtisadi inkişafda böyük irəliləyiş əldə edərək öz müstəqilliyini və muxtariyyətini möhkəm şəkildə qoruyub saxlayıb. Serbiyalıların buna nail olması, ümumi sosial sabitliyi qoruması və inkişafda müsbət sürəti saxlaması siyasi bacarıqdır”, – Mao Ninq əlavə edib.