“İranın sənaye və texnoloji imkanları var. Beləliklə, onlar istəsələr, yenidən uran istehsalını bərpa etməyə başlaya bilərlər”.
“Füyuzat”ın məlumatına görə, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi ABŞ-ın “CBS News” qəzetinə müsahibəsində deyib.
“Bir neçə ay ərzində onlar bir neçə sentrifuqa mərhələsini işə salıb zənginləşdirilmiş uran istehsal edə bilərlər”, – o bildirib.
Qrossi ABŞ-ın İrana zərbələrinin nüvə proqramına qarşı ciddi zərər verdiyinin aydın olduğunu, lakin bu zərbələrin İranın nüvə potensialını tam məhv etmədiyini deyib və əlavə edib ki, İran hələ də sənaye və texnoloji imkanlara malikdir.