Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin bu həftənin sonuna qədər Rusiyaya səfər edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd edək ki, MAQATE daha əvvəl Qrossinin münaqişə zamanı nüvə təhlükəsizliyini müzakirə etmək üçün gələn həftə Ukrayna və Rusiyaya səfər edəcəyini bildirmişdi.
Görüşün Kalininqradda baş tutacağı qeyd edilib.