Xəbərlər

Maştağada 187 nömrəli məktəbin 90 illik yubileyi qeyd olunub

Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin 90 illik yubileyi münasibətilə tədbir keçirilib.

“Füyuzat” xəbər verir ki tədbirdə görkəmli dramaturq Cəfər Cabbarlının nəvələri — Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Bəhlul Abbasov və Cəfər Cabbarlının Ev-Muzeyinin direktoru Qəmər Seyfəddinqızı, həmçinin təhsil ocağının məzunu, Milli Məclisin bir neçə çağırış deputatı olmuş Eldar Quliyev iştirak ediblər.

Yubiley tədbirini giriş sözü ilə açan məktəbin direktoru Gülnarə Hənifəyeva qonaqları salamlayaraq təhsil ocağının keçdiyi tarixi və uğurlu yoldan bəhs edib. Daha sonra məktəblilərin hazırladıqları rəqs, musiqi və bədii kompozisiyalar nümayiş olunub.

Çıxış edən qonaqlar məktəbin illər ərzində yetişdirdiyi dəyərli məzunlardan, təhsil sahəsində qazandığı uğurlardan söz açıblar Yubiley münasibətilə pedaqoji kollektivi təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.