Xəbərlər

Mədəniyyət Nazirliyi Milli Mətbuat Günü münasibətilə “Füyuzat” və “İşıq”ı təbrik edib

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

“Füyuzat” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi 22 İyul – Milli Mətbuat Günü münasibətilə “Füyuzat” dərgisi və “İşıq-qadın” jurnalının redaksiyasına rəsmi təbrik məktubu ünvanlayıb.

Məktubda mədəniyyət naziri Adil Kərimli redaksiya heyətini səmimi qəlbdən təbrik edərək cəmiyyəti məlumatlandırmağın və peşəyə sədaqətlə xidmət etməyin böyük məsuliyyət tələb etdiyini bildirib. Nazir bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirdiklərinə görə kollektivə təşəkkürünü ifadə edib, onlara möhkəm cansağlığı, tükənməz enerji və yeni peşə uğurları arzulayıb.

Təbrikdə həmçinin xatırladılıb ki, sözün gücü, qələmin nüfuzu və peşəkar mövqe cəmiyyətimiz üçün hər zaman dəyər yaratmalıdır. Nazir sonda redaksiyanı bayram münasibətilə bir daha təbrik edib.

Qeyd edək ki, “Füyuzat” və “İşıq-qadın” jurnalları Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) təşəbbüsü və dəstəyi ilə mətbuat aləmindəki tarixi varisliyini və maarifçilik ənənələrini bu gün də uğurla davam etdirirlər.

“Füyuzat.az” kollektivi göstərilən diqqətə və fəaliyyətimizə verilən yüksək qiymətə görə Mədəniyyət Nazirliyinə dərin minnatdarlığını bildirir.