Xəbərlər

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqə elan edilir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni və yaradıcı sənaye (MYS) sahəsi üzrə hüquqi şəxslər (qeyri-hökümət təşkilatları istisna olmaqla) üçün qrant müsabiqəsi elan edir.

Müsabiqənin məqsədi mədəniyyət xidmətlərinin və mədəni və yaradıcı sənaye sahələrinin inkişafını və keyfiyyətinin artırılmasını dəstəkləmək, innovativ fəaliyyət və tədqiqatları stimullaşdırmaq, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişafına və mədəniyyət sahəsində maarifləndirməyə töhfə verməkdir.

Qrant kateqoriyaları:

• Kiçik qrant: 15.000 manatadək

• Orta qrant: 15.000 manatdan yuxarı və 50.000 manatadək

• Böyük qrant: 50.000 manatdan yuxarı

Mövzu istiqamətləri:

1. Milli məzmunlu yaradıcı məhsulların yaradılması (animasiya, oyun texnologiyaları, memarlıq, musiqi, teatr, dəb, dekorativ-tətbiqi sənət)

2. Davranış mədəniyyəti üzrə maarifləndirmə layihələri

3. MYS sahəsində rəqəmsallaşma və innovasiya üzrə layihələr

4. MYS sahəsində tədqiqat və elmi-metodiki fəaliyyət üzrə layihələr

5. Dublyajın dəstəklənməsi üzrə layihələr

6. Regionlarda MYS sahəsinin dəstəklənməsi

Müraciət qaydası: sənədlərin qəbulu 06-26 noyabr 2026-cı il tarixlərində mygrant.culture.az veb-səhifəsi üzərindən elektron formada həyata keçirilir. Qeydiyyat üçün müraciət zamanı mygrant.culture.az veb-səhifəsindən avtomatik olaraq myculture şəxsi kabinetinə yönləndirildikdən sonra kabinetdə “e-Müraciətlər” bölməsindən müvafiq müsabiqənin adını seçməklə layihələr təqdim olunmalıdır.

Son tarix: 26 noyabr 2026-cı il, saat 18:00.

Qiymətləndirmə: layihələr 100 ballıq şkala üzrə qiymətləndirilir, 50 baldan aşağı bal toplayan layihələrə qrant verilmir.

Əlaqə: info@mygrant.az | Mədəniyyət Nazirliyinin 147 qaynar xətti

Ətraflı: https://culture.gov.az/az/announcements/medeniyyet-sahesinde-layihelerin-qrant-maliyyelesdirilmesi-uzre-musabiqe-elan-edilir/99