“Fransa prezidenti Emmanuel Makron Rusiyanı ölkəsi üçün, Avropa üçün təhdid kimi təsvir edir. Deyərdim ki, o, ən geci 14 may 2027-ci ildə əbədi olaraq yoxa çıxacaq və kimsə onu axtarmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev sosial media hesabında Rusiyanı Avropa və Fransa üçün təhlükə yaratmaqda ittiham edən Makrona cavab verib.
Makronun adını “Mikron” olaraq yazan Medvedev qeyd edib: “Mikronun özü heç bir təhlükə yaratmır. O, ən geci 2027-ci il mayın 14-də əbədi olaraq yoxa çıxacaq və kimsə onu axtarmayacaq”.
Qeyd edək ki, dünən xalqa müraciətində Makron Rusiyanın 2030-cu ilə qədər ordusunu 3 min tank və 300 döyüş təyyarəsi ilə daha da genişləndirməyi, orduya 40 milyard avrodan çox xərcləməyi planlaşdırdığını və bunun Avropanın təhlükəsizliyinə təhdid olaraq qalacağını bildirib.