Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz,
Nəyə lazımdır keçir ömrü zəmanım sənsiz.
Dəyişir halımı hər anda qəmi-hicranın,
Gəl deyim, gör necədir bu güzəranım sənsiz.
Məndən ayrıldı hamı sən mənə etdikcə vidad,
Yox güman ki, qala cismdə canım sənsiz.
Ömrümün bəhrəsi bir şam kimi yanmaq oldu,
Təngə gəldim bu həyatdan, yox amanım sənsiz.
Düşməsin ta ki, şəhər qəlbinə bir söhbətlə,
Bağladı şiddəti-qəm indi zəbanım sənsiz.
İndi rüsvalığımı təkcə Füzuli bilmir,
Yayılıb aləmə bu eşqi-nihanım sənsiz.
Müəllif: Məhəmməd Füzuli



