Almaniyada keçirilən seçkilərdə qalib gələn Xristian Demokrat İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Merz Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrail kabinetinin rəhbərinin həbsinə order verilməsinə baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahunu Berlinə rəsmi səfərə dəvət edəcəyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail dövlətinin hökumət başçısının ofisi məlumat yayıb.
“Netanyahu dünən Almaniyada seçkilərdə qalib gəldikdən sonra kansler vəzifəsinə namizəd olmuş Fridrix Merzlə səmimi söhbət edib və onu qələbəsi münasibətilə təbrik edib. Merz Baş nazirə zəngə görə təşəkkür edib və onu Almaniyaya rəsmi səfərə dəvət edəcəyini bildirib”, – məlumatda bildirilib.