“ABŞ prezidenti Donald Trampın administrasiyası Avropanın taleyinə biganədir, ona görə də Avropa İttifaqı (Aİ) öz mövqeyini möhkəmləndirməyə diqqət etməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Xristian Demokrat İttifaqı/Xristian Sosial Birliyi (CDU/CSU) blokundan Almaniya kansleri vəzifəsinə namizəd və ehtimal ki, gələcək hökumət başçısı Fridrix Merz deyib.
“Mənim üçün Avropanı mümkün qədər tez gücləndirmək mütləq prioritet olacaq. Məqsədim odur ki, Avropa tədricən ABŞ-dan asılılığı azaltsın və həqiqi müstəqilliyə nail olsun. Donald Trampın keçən həftə verdiyi açıqlamalardan sonra aydın oldu ki, amerikalılar, onların seçdiyi indiki hökumət Avropanın taleyinə böyük ölçüdə biganədir”, – Merz bildirib.