“ABŞ ilk addımı Suriyanın yeni hakimiyyət orqanlarından gözlədiyi üçün Dəməşqdəki səfirliyini hələlik yenidən açmaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Vaşinqton Suriyanın yeni hakimiyyət orqanlarının ilk hərəkətlərini izləyir. Biz Suriyanın yeni hökumətindən atmasını istədiyimiz addımları açıq şəkildə qeyd etdik. Yalnız bu halda Suriya hökumətini tanımağa hazırıq. Bu addımlar artıq ABŞ dövlət katibi Entoni Blinken tərəfindən açıqlanıb”, – Miller əlavə edib.