Xəbərlər

Miller: Suriya hökuməti ölkədəki kimyəvi silahları məhv etməlidir

“Suriyanın yeni hakimiyyət orqanları təhlükəsizliyi təmin etməli və Suriya ərazisində olduğu iddia edilən kimyəvi silah ehtiyatlarını məhv etməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

“Əvvəlcə təhlükəsizliyi təmin etmək, daha sonra nəzarətdə olan ərazilərdə aşkar etdikləri kimyəvi silahları məhv etmək Suriyada hakimiyyəti ələ keçirənlərin məsuliyyətidir”, – Miller əlavə edib.