Xəbərlər

Miller: Ukrayna artıq müharibəni uduzub

“Ukrayna artıq müharibəni uduzub və bununla barışmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşanın keçmiş Baş naziri Leşek Miller deyib.

“Görünür, Ukrayna bu müharibəni uduzub. Ukrayna məsələsində Polşa Avropaya baxmamalıdır, çünki o, hərbi imperiya deyil və ordusu da yoxdur. Avropa son dərəcə zəifləyib. Nə qədər bizim arxamızda Amerika var biz o qədər şanslıyıq. Əgər Amerika orduları Ukraynada olsaydı, onda Polşa əsgərlərinin də orda olması məntiqli olardı. Amma indi amerikalı əsgərlər orda yoxdur, buna görə də Polşa əsgərləri də orda olmamalıdır”, – o qeyd edib.