Xəbərlər

Milli Kitabxanada Milli Musiqi Günü ilə bağlı sərgilər açılıb

Milli Kitabxanada Milli Musiqi Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

Bildirilib ki, sərgilərdə Milli Kitabxananın və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” layihəsi çərçivəsində nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələri və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi biblioqrafiyalar, Azərbaycan musiqi sənətinin təşəkkül və inkişaf tarixi yer alıb.Həmçinin Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin zəngin irsi, milli musiqimizin görkəmli xadimlərinin həyatı, yaradıcılığı və pedaqoji fəaliyyəti, Azərbaycanın milli musiqi alətləri haqqında Azərbaycan və xarici dillərdə müxtəlif ədəbiyyatlar nümayiş edilib.