Azərbaycan Milli Kitabxanasında “30 oktyabr – Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.
bildirilib ki, sərgidə XX əsrdə stalinizmin amansız repressiyalarına məruz qalmış Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin həyatı, yaradıcılığı və zindan həyatından bəhs edən əsərlər, monoqrafiyalar, eləcə də arxiv sənədləri əsasında nəşr olunan Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.
Sərgilənən materiallar 1920–1950-ci illərdə sovet rejimi tərəfindən repressiyaya uğramış on minlərlə ziyalı və sıravi vətəndaşın acı taleyini, həmçinin müstəqillik illərində bu hadisələrə verilən hüquqi və mənəvi qiyməti əks etdirir.



