3 fevral, 2025-ci ildə “World Business Center”də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfindən Gənclər Günü münasibəti ilə tədbir keçirilib.
“Füyuzat”ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov və QHT-nin digər könüllü nümayəndələri iştirak edib.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin ictimai fəaliyyətinin dəstəklənməsi, gənclərin öz ideyalarının həyata keçirilməsinə şərait yaradılmasıdır.
Tədbirdə 44 günlük Vətən müharibəsində, COP29-da, “Eko-aksiya”da gənclərin göstərdikləri mübarizəyə də toxunulub.
Sonda tədbirdə iştirak edən hər bir şəxsə QHT loqolu geyimlər hədiyyə olunub.





