Xəbərlər

MİMTA Fondu və Mətbuat Şurası arasında görüş baş tutub

Bu gün Mətbuat Şurasının sədri Rəşad Məcid ilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) rəhbərliyi arasında görüş keçirilib.

“Füyuzat”ın məlumatına görə, görüşdə Fondun icraçı direktor müavini Kənan Şəbiyev, “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus və MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu iştirak edib.

Görüşdə MİMTA-nın AQUPDK ilə birgə layihəsi əsasında hazırlanmış tarixi “İşıq” qəzetinin transliterasiya toplusu ətrafında müzakirələr aparılıb və toplu Rəşad Məcidə təqdim edilib.

Rəşad Məcid milli mətbuatımızın ilk qadın mətbu orqanı olan “İşıq” qəzetinin əski əlifbadan yeni əlifbaya uyğunlaşdırılmasını yüksək qiymətləndirərək onun mətbuatımızın tarixini tanımaq üçün gözəl mənbələrdən biri olduğunu vurğulayıb.

Bundan başqa tərəflər arasında birgə layihələr ətrafında fikir mübadiləsi də aparılıb.