Milli-mədəni irsimizin təbliğini əsas məqsəd seçən Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun rəhbərliyi və kollektivi 22 İyul – Milli Mətbuat Günü münasibətilə bir araya gəlib.
“Füyuzat” xəbər verir ki, iclasda milli mətbuatımızın keçdiyi şərəfli yoldan söz açılıb. Fondun mətbu orqanları olan “Füyuzat” və “İşıq” dərgilərinin maarifləndirmə, eləcə də “MİMTA Yayımlarının” nəşriyyat sahəsindəki fəaliyyəti qiymətləndirilərək gələcək layihələr müzakirə olunub.



