Qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun əməkdaşları şəhid və qazi ailələrini ziyarət edərək onlara bayram sovqatı təqdim ediblər.
“Füyuzat”ın məlumatına görə, qazi və şəhid ailələrini həmişə diqqət mərkəzində saxlayan fond bu dəfə də onları unutmayıb. Ziyarət əsnasında şəhid və qazilərimizin vətən, millət qarşısındakı fədakarlığının misilsizliyi vurğulanıb, xalqımızın bu fədakarlığa hər zaman ehtiram və vəfa ilə qarşılıq verəcəyi bildirilib.
Qeyd edək ki, MİMTA Fondu bir neçə ildir ki, ənənə halını almış bu yardımlaşma kampaniyasını ölkəmizdə qeyd olunan müxtəlif bayramlar ərəfəsində davam etdirir.




