XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “MİMTA Yayımları”nın oxucularla görüşləri davam edir.
“Fuyuzat.az” saytı olaraq 25 oktyabr tarixində gün ərzində keçiriləcək tədbirlərin siyahısını sizə təqdim edirik:
12:00 — “Qaranlıq küçələr” silsiləsinin ilk kitabı olan “Tor” ilə tanış olmaq, müəllif Elgüsel ilə görüşmək və kitabınızı imzalatmaq üçün “MİMTA Yayımları” stendinə dəvətlisiniz.
13:00 — Humayun Sevincin “Xeyirxah milyonçu” kitabının imza günü keçiriləcək.
13:00 — Şair Qulu Ağsəs “Saat 6-nı gözləyirəm” kitabının imza saatında oxucularla görüşəcək.
14:00 — “İlin İR Peşəkarı” mükafatının qalibi, insan resursları üzrə biznes məsləhətçisi və yazıçı Fəzilə Əsgərova “Uğur psixologiyası” kitabı ətrafında söhbət aparacaq və oxucular üçün kitablarını imzalayacaq.
15:00 — Psixoloq Elmir İsgəndərov “Yeniyetməlik – Valideynliyin əsas mərhələsi” kitabının imza saatında valideynlər və oxucularla canlı ünsiyyətdə olacaq.
17:00–17:45 — Şair, esseist və tərcüməçi Qismət Rüstəmovun tərtib etdiyi, İlahə Əkbərin tərcüməsində ərsəyə gələn “Sarı kəpənəklərin işığı – İspandilli hekayələr antologiyası” kitabının təqdimat mərasimi keçiriləcək. Tədbir Bakı Ekspo Mərkəzində yerləşən “SOCAR” təqdimat zonasında baş tutacaq.
Bütün ədəbiyyatsevərləri Bakı Ekspo Mərkəzində “MİMTA Yayımları” stendinə və təqdimat zonasına dəvət edirik!



