Xəbərlər

Misir fələstinlilərin başqa ölkələrə köçürülməsi planını rədd edib

Misir Qəzzada fələstinlilərə torpaq ayrılması və ya onların başqa yerə köçürülməsi təklifini rədd edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Misir mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, Misirin yüksək rütbəli rəsmiləri məsələ ilə bağlı mövqelərini qoruyub saxlayıb və fələstinlilərin Qəzza zolağından köçürülməsi ideyasını rədd ediblər.

Qəzza zolağında fələstinlilərə yer ayrılması və ya onların başqa ölkələrə köçürülməsi ilə bağlı hər hansı təklifin rədd edildiyi və böhranın həllinin Qəzzadakı fələstinlilərin öz torpaqlarında qalmasını təmin etməli olduğu vurğulanıb.

“Misir Fələstin məsələsi ilə bağlı İsrail və ABŞ rəsmilərinin açıqlamalarından narahatlığını ifadə edir”, – məlumata əlavə edilib.