Misir İsrailə və HƏMAS hərəkatına Qəzza zolağında 60 günlük atəşkəs, qalan israilli girovların azad edilməsi və müharibəyə son qoymaq üçün danışıqlara başlanmasını ehtiva edən yeni nizamlanma təkliflərini təqdim edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir mətbuatı məlumat yayıb.
“HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası ümidverici olsa da, İsrail hakimiyyəti hələ də təklifləri öyrənir. Bazar ertəsi isə İsrail vasitəçilərlə birlikdə Misirin planına etiraz etmək üçün Qətərə nümayəndə heyəti göndərib. Misir planı yeni yol xəritəsidir, onun əsas məqamları amerikalılarla razılaşdırılıb. Bu martın 1-dən bu günə qədər düşdüyümüz çıxılmaz vəziyyətdən çıxış yolu kimi nəzərdə tutulub”, – məlumatda bildirilib.