Xəbərlər

Modi: Boston və Los Ancelesdə Hindistanın baş konsulluqları açılacaq

“Hindistanın yeni baş konsulluqları tezliklə Boston və Los-Ancelesdə açılacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın Baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransı zamanı deyib.

“Xalqlarımız arasında əlaqələri daha da dərinləşdirmək üçün Hindistan tezliklə Los-Anceles və Bostonda yeni konsulluqlar açacaq. Həmçinin Yeni Dehli Amerika universitetlərini Hindistanda ofislərini açmağa dəvət edir. Qeyd edim ki, bu ana qədər Atlanta, Nyu-York, San Fransisko, Sietl, Hyuston və Çikaqoda Hindistanın baş konsulluqları fəaliyyət göstərir”, – məlumatda bildirilib.